İqtisad Universitetinin rektoru hesabat verdi
11:26 13-01-2016
CƏMİYYƏT
Ədalət Muradov: "Hazırda universitetdə 10 kafedra birləşdirilib, onların əvəzində isə 4 kafedra yaradılıb"
"1 il 8 ay ərzində Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə xaricdə təhsil alan 147 gənc müəllim cəlb olunub".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov deyib. Bildirib ki, tədrisdə yüksək keyfiyyəti təmin edən əsas qüvvə müəllimlərdir: "Mən bu vəzifəyə təyin olunanda prezident İlham Əliyevin qarşımda qoyduğu əsas vəzifə o idi ki, Dövlət İqtisadiyyat Universiteti dünya səviyyəli universitet olsun. Biz də çalışırıq ki, prezidentin dediyini həyata keçirək. Biz bu səviyyənin nə qədər çətin olduğunu bilirik. Həmçinin öz potensialımızı da düzgün qiymətləndiririk. Tədrisdə yüksək keyfiyyəti təmin edə biləcək yeganə əsas qüvvə müəllimlədir. Mən rektor olduğum 1 il 8 ay ərzində 147 gənc müəllimi universitetə cəlb etmişik. Keçən tədris ilində gənc müəllimlərin sayı 121 idi. Onlardan 68-i Avropa, Amerika və Kanada məzunlarıdır".
Ədalət Muradov vurğulayıb ki, bu il yeni gənc müəllim layihəsinə start verilib: "Layihə çərcivəsində bizə 411 nəfər müraciət etdi. Bu il Quba kampusunda 100 gənc müəllimimiz üçün qış məktəbimiz olacaq. Həmin məktəbdə gənc müəllimlərə xarici mütəxəsislər təlim keçək. Qış tətilində 30 gənc müəllim üçün isə əlavə olaraq Amerikanın Harvard Universitetinin mənşəcə türk olan professoru təlim keçəcək. Eyni zamanda universitetimizin 15 kafedra müdiri olan professorlar Türkiyəyə ezam ediləcək. Onların hər biri Türkiyədə müəyyən təcrübələri öyrənəcəklər".
Rektor əlavə edib ki, universitetdə struktur dəyişikliyi aparılıb və bir çox kafedralar birləşdirilib: "İndiki mərhələdə universitetdə tale yüklü struktur dəyişikliklərinə başlanılıb. Biz istəyirik ki, meqafakültələr (böyük fakültələr) olsun. Yəni universitetdə bir ixtisas üzrə bir neçə kafedranın olmasının tərəfdarı deyilik. Bu səbəbdən artıq bir neçə ixtisas üzrə kafedraları birləşdirməyə başlamışıq. Hazırda universitetdə 10 kafedra birləşdirilib. Onların əvəzində isə 4 kafedra yaradılıb. Məsələn, universitetin maliyyə ixtisası üzrə əvvəl 3 kafedra fəaliyyət göstərirdi. İndi isə onlar birləşdirilib, yalnız bir kafedra yaradılıb".
Ədalət Muradov İqtisadiyyat Universitetində oxuyan tələbələrin təhsil haqlarının qaldırılmayacağını bildirib: "Hazırda tələbələrin təhsil haqlarını qaldırmamışıq. Qaldırmaq fikrimiz də yoxdur. Biz tələbələrin akademik borclarına görə ikinci dəfə imtahan verən zaman ödədikləri məbləğdən də azad etmişik. Onu da qeyd edim ki, rəsmi rəqəmlərə əsasən universitetin məzunlarının 38 faizi 1 ay müddətində işlə təmin olunub".
Rektor onu da əlavə edib ki, Rusiya Federasiyasının Dərbənd şəhərində tələbə qəbulu aparılması üçün artıq lisenziya alınıb: "Qaydalar hazırlanır. Yaxın zamanda universitetin rəsmi səhifəsində yerləşdiriləcək. Eyni zamanda, iqtisadi mühəndisliklə bağlı ixtisasların açılması da gündəmdədir".
Fuad
Digər Xəbərlər
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54