ABŞ prezidenti Barak Obamayla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Coj Ernest ənənəvi brifinqində məlumat yayıb.
"Telefon danışığı bu gün səhər olub. Prezident Barak Obama türkiyəli həmkarı Ərdoğanla söhbət edib" - deyə Ağ Ev sözçüsü bildirib.
C.Ernestin sözlərinə görə, Obama bu imkandan demokratik yolla seçilmiş mülki Türkiyə hökumətinə Birləşmiş Ştatlarının qətiyyətli dəstəyini bir daha təsdiq etmək üçün istifadə edib.