Əli Kərimlinin "satqın" ifadəsi Müsavatla AXCP-ni yenidən üz-üzə gətirdi
11:28 13-01-2016
CƏMİYYƏT
"AXCP sədrinin dedikləri
müsavatçılara qarşı həqarətdir…"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının özünü təcrid siyasəti davam edir. Məlumat üçün bildirək ki, adıçəkilən partiya narazı düşərgədə faktiki olaraq təklənmiş durumdadır. Belə ki, AXCP-nin nəzarəti altında yaradılmış Milli Şuranı siyasi təşkilatların bir-birinin ardınca tərk etməsindən sonar ziddiyyətlər daha da barışmaz xarakter alıb və bu sonda AXCP-nin təklənməsinə gətirib çıxardıb.
Bildirək ki, AXCP Milli Şuranı tərk edən bütün müxalifət partiyalarına qarşı aqressiv tərzi ilə seçilib. Xüsusilə də müsavata qarşı bu kin və qəzəb daha qabarıq şəkildə görünür. Aradan keçən kifayət qədər böyük zaman kəsiyində AXCP Müsavatı Milli Şuradan çıxdığına görə tənqid hədəfi olaraq seçib və onu siyasi xəyanətdə ittiham edib. Bu isə özlüyündə qarşı tərəfin adekvat reaksiyası ilə müşaiyyət olunub ki, nəticədə də adıçəkilən partiyalar arasında heç zaman görülməmiş dərin uçurum yaranıb. AXCP sədri Əli Kərimlinin bu günlərdə verdiyi müsahibə və həmin müsahibədə səslədirdiyi fikirlər isə müxalifət düşərgəsində narazılıqla qarşılanmaqla yanaşı, AXCP-yə qarşı ittihamların yenilənməsinə yol açıb.
Belə ki, AXCP sədri Əli Kərimlinin Meydan TV-yə son müsahibəsi müxalif düşərgədə narazılıqla qarşılanıb. Məlum müsahibəsində Əli Kərimli AXCP və Milli Şuradan başqa müxalifətin olmadığını bəyan etməkdən belə çəkinməyib.
AXCP sədri digər müxalifət partiyalarını satqın adlandırıb. Jurnalistin "Siz Müsavat Partiyasını satın alınmış hesab edirsiniz" sualına cavabında Əli Kərimli əvvəl söylədiyi ittihamın Müsavata aid olduğunu inkar etməyib, əksinə "kimlərin ciddi müxalifətçilik edə bilməsi ortadadır" deməklə ittihamının Müsavata aid olduğulunu təsdiqləyib.
Əli Kərimlinin ittihamlarına isə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı cavab verib. O, bununla bağlı mətbuata verdiyi açıqlamasında qeyd edib ki, Əli Kərimlinin dedikləri müsavatçılara qarşı həqarətdir: "Müsavat ölkədə daimi struktur fəaliyyəti göstərən, hər həftə ölkəyə və təşkilata aid olan məsələləri kollegial olaraq müzakirə edən, hər üç aydan gec olmayaraq ümumrespublika miqyasında kollegial olaraq müzakirə təşkil edib qərarlar qəbul edən yeganə siyasi təşkilatdır. Müsavat Milli Şuradan niyə çıxdı? Onlar bunun səbəbini hamıdan yaxşı bilir. Sadəcə bizim müsavatçı əxlaqımıza arxayın olduqlarından bu sualı şantaj kimi təkrar- təkrar səsləndirirlər".
Siyasi ekspertlər isə baş verənlər fonunda Müsavat-AXCP ziddiyyətinin daha da dərinləşəcəyi və bir müddətdən sonra yeni çalar qazanacağını iddia edir. Belə ki, AXCP müxalifət düşərgəsində sayılacaq güclərdən hesab olunan Müsavat partiyasını gözdən salmadan düşərgə daxilində arzuladığı üstünlüyü qazana bilməyəcəyini yaxşı anlayır. Bu səbəbdən də istər AXCP sədrinin, istərsə də partiyanın digər funksionerlərinin müsavata qarşı nüfuzdan salıcı açıqlamalarının davam edəcəyini düşünmək olar. Proses isə bütövlükdə radikal müxalifət düşərgəsinin daha da zəifləməsinə və ictimai dayaqlarını tam olaraq itirməsinə gətirib çıxaracaq.
Orxan
Digər Xəbərlər
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09