Donald Trampın Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyi artıq təsdiqlənib. 

Partiyanın ştatlardan olan nümayəndələri ilə birlikdə keçirilən ümumrespublika qurultayında Tramp namizədliyinin təsdiqlənməsi üçün zəruri olan səs çoxluğunu toplayıb.

Unikal.org-un "RİA Novosti-yə istinadən məlumatına görə, ona qarşı partiya daxilində gözlənilən "qiyam ssenarisi baş tutmayıb.

Noyabrın 8-də keçiriləcək prezident seçkilərində Trampın gözlənilən rəqibi Demokratlar partiyasından Hillari Klinton olacaq.