Türkiyədə hərbi çevrilişə cəhd zamanı Mərmərə otelinə əməliyyat təşkil edərək Prezident Rəcəb Tayyib Ərdoğanı öldürmək istəyənlərdən biri Çiğli 2-ci Hərbi Baza Komandanlığının generalı Gökhan Şahin Sönməztaş həbs edilib.
Unikal.org axar.az-a istinadən xəbər verir ki, general FETÖ/PYD ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində azadlıqdan məhrum edilib.
Məlumata görə, Sönməztaş cəzasını İzmirdəki həbsxanada çəkəcək.