Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkəsində edam cəzasının bərpasının mümkünlüyündən danışıb.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, Al Jazeera-yə müsahibəsində prezident belə bir qərar qəbul edilərsə, digər dövlətlərin buna hörmət etməli olduğunu bildirib:
"Ölüm hökmünün tətbiq edilməsi mənim şəxsi təşəbbüsüm deyil. Bu, xalqın istəyi, arzusudur. Qərarı parlament, Türkiyə xalqı qəbul edir. Və əgər parlament bu qərarın lehinə qərar versə, mən onu imzalayacağam.
Ərdoğan həmçinin xatırladıb ki, edam cəzası bir neçə ölkədə mövcuddur:
"Əlavə etmək istəyirəm ki, dünya Avropa Birliyi ətrafında fırlanmır. Bütün ölkələr bizim qərarımıza hörmət etməlidirlər.