Şəmkirdə ilan sancması hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Report-ya verilən məlumata görə, rayonun İrmaclı kənd sakini, 1990-ci il təvəllüdlü Elvin Həsənov ilanvurma diaqnozu ilə xəstəxanaya daxil olub.
Ona dərhal ilan zəhəri əleyhinə zərdab vurulub. Xəstənin vəziyyəti ağırdır. Onun yaxınlarının bildirdiyinə görə, ilan Elvini o, həyatyanı sahədə iş gördüyü zaman sancıb.