Rusiya prezidenti Vladimir Putin iqlim üzrə Paris sazişinin ratifikasiyası mərasiminə dəvət olunub. Ona bu dəvət BMT-nin Baş katibi Pan Gi Mun tərəfindən ünvanlanıb.
Unikal.org "RİA-Novosti"yə istinadən məlumat verir ki, bu xəbəri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin təsdiqləyib.
"Həqiqətən də bizə belə bir dəvət göndərilib. Onu Moskvaya ötürəcəyik, - o deyib. Xatırladaq ki, Paris sazişinin ratifikasiyası mərasimi 21 sentyabrda Nyu Yorkda baş tutacaq.