İyulun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda İraq üzrə beynəlxalq konfrans keçirilib. Unikal.org "RİA Novosti"-yə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumat yayıb.
Məlumata əsasən, konfransda İraqa yardım üçün 2,1 milyard dollar toplanıb. ABŞ, Kanada, Yaponiya, Niderland və Küveytin təşkilatçılığı ilə baş tutan konfransda 24 ölkənin nümayəndəsi iştirak edib.
Toplanan vəsait ərazilərin minalardan təmizlənməsinə, şəhərlərdə infrastrukturun bərpasına, eləcə də əhaliyə humanitar yardımın çatdırılmasına sərf olunacaq.