Malidə 3 ay müddətinə davam edəcək fövqəladə vəziyyət elan olunub. Bu, ölkədə baş verən silahlı qiyam cəhdi ilə bağlıdır.

Unikal.org-un "Reuters"ə istinadən məlumatına görə, iyulun 19-da silahlılar ölkənin mərkəzində yerləşən Nampala şəhərində hərbi hissəyə hücum ediblər.

Hadisə nəticəsində 17 nəfər ölüb, 35-i yaralanıb. Ölkədə həmçinin 3 günlük matəm elan edilib. Hücuma görə məsuliyyəti "Ənsər-əd-Din" terror qruplaşması öz üzərinə götürüb.

Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. "Ənsər-əd-Din ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum edib.