Bir neçə gün əvvəl Türkiyədə bəysiz toy keçirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, çevriliş cəhdi ilə əlaqədar olaraq təcili vəzifəsini yerinə yetirməyə çağırılan jandarma Alper Akyar toy gününü işdə keçirməli olub. O, toyuna gedə bilmədiyi üçün mərasimə telefonla bağlanıb.

Qeyd edək ki, cütlük iyulun 26-da yenə toy etməyi düşünür.