ABŞ mikrobioloqları elektrik enerjisini dəyişən enerji mənbələrindən təhlükəsiz və qənaətli saxlamağa imkan verən yeni üzvi molekullar sinfi yaradıblar.
Unikal.org "ictnews saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri xinon üzvi birləşmələri ilə aparılan əvvəlki eksperimentlərə əsaslanır. 2014-cü ildə beynəlxalq alimlər qrupu Harvard Universitetinin nümayəndələrinin iştirakı ilə üzvi birləşmələr və ferrosianid əsasında yüksək tutuma malik axar redoks batareya icad edib.
Belə ki, akkumulyatorlarda ənənəvi turşu elektroliti olan metal ionları xinonlarla (bitkilərdə və heyvanların orqanizmlərində enerjinin saxlanmasını təmin edən molekullar) əvəzlənib. Beləliklə, qrup elektrik enerjisinin saxlanılması üçün ilk yüksək məhsuldarlıqlı, zəhərsiz, korroziyaya səbəb olmayan və ucuz maddə yaratmağa nail olub.
Bir il sonra alimlər qələvi məhlullarda ferrosianid ilə birlikdə işləyə bilən xinonlar sinfi kəşf ediblər. Yeni tədqiqatda molekullar üçün əsas kimi hüceyrələrdə enerji istehsalını stimullaşdıran B2 vitamini (riboflavin) çıxış edib. Riboflavin klassik xinonlardan elektronların toplanılması və buraxılmasının azot və ya oksigen atomları vasitəsilə həyata keçirilməsi ilə fərqlənir.
"Riboflavin yüksək stabilliyə və həllolunmaya malikdir, akkumulyatorun yüksək gərginliyini və toplayıcının tutumunu təmin edir. Vitaminlərin istehsalının sadə olması ilə əlaqədar bizim molekul sənaye miqyasında ucuz istehsal edilə bilər, - deyə professor Maykl Əziz bildirib.
Batareyanın gərginliyinin stimulyasiyası B2 vitamininin əsas maddəsi hesab edilən strukturu modifikasiya edilmiş alloksazin vasitəsilə həyata keçirilir. Yaradılmış akkumulyatorun boş işləməsinin gərginliyi cərəyan gücünün effektiv əhəmiyyəti və saxlama tutumu müvafiq olaraq 99,7 və 99,98 faiz olmaqla təxminən 1,2 volt təşkil edib.
Axar redoks akkumulyator enerjini maye elektrolitdə oksidləşdirici-bərpaedici reaksiyalar vasitəsilə tədarük edən batareyadır. Belə batareyalar, xüsusilə elektromobil və iri ev təsərrüfatlarının təchizat sistemlərinin istehsalında litium-ion batareyaların alternativi hesab edilir.