"Bəşər Əsəd iqtidarda olduğu müddətdə Suriya xalqı özünün əzablarını beynəlxalq toplantılarda anladacaq".
Unikal.org "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu İngiltərənin yeni xarici işlər naziri Boris Conson bəyan edib.
Onun sözlərinə görə, Suriya böhranının həlli üçün daha aktiv fəaliyyətlər vacibdir. Conson vurğulayıb ki, məsələ ilə bağlı ABŞ dövlət katibi Con Kerri ilə müzakirələr aparacaq.