ABŞ-ın "Daily Caller" nəşri Azərbaycanın NATO və ABŞ üçün rolu barədə məqalə dərc edib.
Unikal.org report-a istinadən bildirir ki, məqalədə Azərbaycanın NATO-nun mühüm tərəfdaşı olduğu və 2002-ci ildən Alyansın əməliyyatlarında iştirak etdiyi qeyd olunub. Azərbaycanın NATO təyyarələrinin Əfqanıstana uçuşları üçün tranzit dəhliz təmin etdiyi də diqqətə çatdırılıb.
Azərbaycanın NATO üçün əhəmiyyətinin əlavə göstəricisi kimi bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevinin Varşavadakı NATO sammitində iştirak etdiyi vurğulanıb.
Məqalədə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. BMT-nin məsələ ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın işğal olunmuş ərazilərdən çıxmadığı qeyd olunub.
Müəllif Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın dəstəklənməsinin əhəmiyyətini vurğulayıb və NATO-nun Azərbaycanın sayəsində daha da güclü ola biləcəyini yazıb.