Rus mətbuatının İranın Fars agentliyinə istinadən yaydığı xəbərə görə, Rusiya Müdafiə Nazirliyi çevriliş cəhdinin başlanmasına 5 saat qalmış Rəcəb Tayyib Ərdoğana xəbərdalıq edib.

Unikal.org 1xeber.com-a istinadən bildirir ki, Ankaradakı diplomatların mətbuata sızdırdığı məlumata əsasən, Suriya ilə Türkiyə sərhədində xidmət edən rus əsgərləri hərbçilərin bəzi danışıqlarını tuta bilib və şifrələri açıb.

Həmin danışıqlarda Türkiyə ordusunun Ankarada ölkə hakimiyyətinə qarşı çevrilişə başlamağa hazır olduğu deyilirmiş. Gizli danışıqlarda Ərdoğanın Marmarisdə qaldığı oteldə saxlanması və ya öldürülməsi ilə bağlı hərbi helikopterin göndərilməsi əmri də yer alır.