Mən Ərdoğanın hərbi çevriliş cəhdinin qarşısını almasını yüksək qiymətləndirirəm.
Axar.az xəbər verir ki, bunu "Nyu York Tayms qəzetinə müsahibəsində ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp söyləyib.
O, Türkiyədəki hadisələrin öncədən planlaşdırıldığına inanmadığını bildirib.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Nəticədə 290-dən çox şəxs həlak olub, yüzdən çox general həbs edilib.