15 İyul hərbiçilərin dövlət çevrilişinə cəhdi zamanı, prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı Marmarisdəki oteldə onun yanında olan millət vəkili Nihat Öztürk, o gecə nələr yaşandığını və Ərdoğanın hərbiçilərdən necə xilas olduğunu açıqlayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Öztürk, 15 iyul günü Türkiyə Böyük Millət Məclisində işlərim bitdikdən sonra ailəsi ilə birlikdə Marmarisə gəldiyini deyib: "Həyat yoldaşım ilə birlikdə Mərmərədə yemək yeyirdik. Saat 21.15 radələrində İstanbulda körpünün bağlandığı xəbərini eşitdik. İrəliləyən saatlarda Ankaradan xəbər gəldiki havada 'Təyyarələr uçur, anormal bir vəziyyət var' fikrini səsləndirdilər. Olduğumuz yerdən qalxdıq. O sırada yoldaşımı otel sahibi Serkanın yanına apardım və onu tək buraxmamağı xahiş etdim. Sonra otelə keçdim, bir həyəcan var idi amma kimsə nə olduğunun fərqində deyildi. Hörmətli prezidentimizin yanına çatdığımızda saat 21.45 idi. Prezident Ərdoğan üç ayrı yerdə qorumaları vardı. Prezidentimiz məndən vəziyyəti soruşdu. Əmr etdi ki, insanların küçələrə çıxmasını istəyirəm. Biz də vətəndaşların meydandan daha çox otelin önünə gəlməsini təmin etdik. Yarım saat içində yoldaşlarımız gəlməyə başladı".
Öztürk vurğulayıb ki, hadisələr baş verdiyi an hörmətli valimiz və təhlükəsizlik müdürümüz də otelə gəldi: "Təhlükəsizlik müdiri ayağı şikəst bir vəziyyətdə gəldi. Təhlükəsizlik müdirinin, 'Son qanımıza qədər Hörmətli Prezidentimizin burada təslim etməyəcəyik' təlimatı çox əhəmiyyətli idi" sözlərini ifadə etdi.
Hörmətli Prezidentimiz vertolyotla gecə saat 00.15-00-00.30 arası Marmarisdən havaya qaxdı. Vertalyotun işığı yandırılmadan hərəkət etdik. Bundan 45 dəqiqə sonra hərbiçilər otelə basqın ediblər. Prezident vertalyotla havaya qalxdığı zaman hara gedəcəyi müəyyən deyildi. Amma şükürlər olsun ki, ölkə başçımıza heç nə olmadan onu xilas edə bildik. Prezidentin Rəcəb Tayyib Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyə Başçısı olduğu dövrdən bəri, təxminən 25 ilə yaxındır onunla birlikdə çalışdığını ifadə edən Öztürk, "Hörmətli Prezidentimizlə Mərmərədən 15 dəqqə məsafədə yerləşən Rodos adasına gəldik və burdan da İstanbula getdik".
Öztürk, prezident Ərdoğanın bir saniyə belə təmkinini itirmədiyini, hərbiçilərə hər hansı bir fürsət vermədiyini də söyləyib.