Rusiyanın "Volgabus şirkətlər qrupu ölkədə ilk pilotsuz avtomobilin prototipini təqdim edib.

Unikal.org İKT.lent.az-a istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsi 6 sərnişin üçün nəzərdə tutulub.

Model elektrik mühərriki, üç növ sensor, naviqasiya və oriyentasiya sistemi ilə təchiz edilib. Avtobus real rejimdə yoldakı vəziyyəti təhlil edə bilən proqram təminatına malikdir.

Bundan başqa, "Volgabus pilotsuz "MatrEşka platformasını da təqdim edib. Bu modul şassinin əsasında müxtəlif təyinatlı modellər - sərnişin, yük və kommunal maşınlar yaradılacaq. Şirkətdən bildiriblər ki, "MatrEşka yükləri daşımaq, ekskursion və korporativ nəqliyyat kimi çalışmaq, mobil ofis kimi xidmət göstərmək qabiliyyətinə malikdir.