Bu gün Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, tədbirdə iştirak edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarına cavab olaraq mavi yanacağın qiyməti ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib:
"Hələ ki, bu məsələlərə baxılmayıb. Amma deyə bilərəm ki, dünyada ən ucuz qaz bizdədir. İrandan da, Rusiyadan da qazın qiyməti aşağıdır. Bir az çətinlik yaradır, ancaq hələ ki, dözürük.