Çevriliş cəhdi gecəsi Türkiyə polisi Ankaraya gedən yolda raketlərlə dolu 20 yük maşınını saxlayıb. Unikal.org xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
"Qasırğa tipli raketlərlə dolu həmin maşınlar Türkiyənin 58-ci Topçu Briqadasının bazasından paytaxta istiqamət alıbmış.
Məlumata görə, Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həmin yüklə yanaşı, bir general, iki podpolkovnik və 80 əsgər də həbs olunub.