Vişeqrad dördlüyü liderlərinin Varşava sammiti öz işinə başlayıb.
Unikal.org-un Polşa mətbuatına istinadən məlumatına görə, ölkə liderləri görüşdə Avropa Birliyinin gələcəyini müzakirə edəcəklər.
Dördlük ölkələri bu görüş sayəsində sentyabrda AB-nin Bratislava sammitində vahid mövqe nümayiş etdirmiş olacaqlar.
Vişeqrad dördlüyünə Polşa, Çexiya, Slovakiya və Macarıstan daxildir.