Hollandiyalı məşhur rəssam Vinsent Van Qoqun qulağını kəsib göndərdiyi gənc qadının kimliyi bəlli olub.
Unikal.org-un məlumatına görə, "İncəsənət qəzeti jurnalı ("The Art Newspaper) Van Qoqla bağlı ötən həftə yayımlanan kitabdakı məlumatları araşdıraraq rəssamın kəsik qulağını fermer qızı Qabrielle Berlayer adlı gənc qadına göndərdiyini aydınlaşdırıb. Bu müəmma 128 il sonra ortaya çıxarılıb.
Jurnal araşdırmaçıları sözügedən qadının 1888-ci ildə rəssamın bir neçə ay qaldığı və dostları tərəfindən idarə edilən "Kafe de la Qare adlı yeməkxanada xadimə işlədiyini yazıblar.
Qeyd edək ki, indiyədək Van Qoqun kəsdiyi qulağını təsadüfi bir tanışına və ya yüngül həyat tərzi keçirən bir qadına hədiyyə etdiyi güman edilirdi.