Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan S&P beynəlxalq reytinq agentliyinin Türkiyədə hərbi çevriliş cəhdindən sonra ölkənin uzunmüddətli və qısamüddətli suveren reytinqlərini aşağı salmaq qərarını şərh edərkən, ölkənin maliyyə sektorunun sabitliyindən əmin olduğunu bildirib.
Unikal.org-un "Röytersə istinadən verdiyi xəbərə görə, Ərdoğan qeyd edib ki, ölkədə likvidliklə bağlı heç bir problem yoxdur, maliyyə sektoru isə kifayət qədər güclüdür.
Prezidentin sözlərinə görə, reytinqin aşağı salınması onu göstərir ki, S&P demokratiyanı deyil, çevrilişi dəstəkləyir: " "Moody's də analoji qərar verəcəksə, onu da obyektiv adlandırmaq mümkün olmayacaq.
Ərdoğan bundan əvvəl S&P-nin ölkənin suveren reytinqlərini "BB+/B"-dan "BB/B"-dək aşağı salmaq qərarını aşağı salmasını (neqativ proqnozla) siyasi qərar adlandırıb.