Türkiyə-Rusiya münasibətlərinin pozulması əslində hərbi çevrilişə cəhdin əsas hədəflərindən biri olub.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu fikri hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini, deputat Mətin Külünk bəyan edib:
"Hadisələrə bütövlükdə nəzər saldıqda, çevrilişə cəhdin məqsədlərindən biri də Türkiyə-Rusiya münasibətləri olub... Son üç il ərzində bəzi qüvvələr israrla Obama-Putin-Ərdoğan əlaqələrinipozmağa çalışıblar. O qüvvələr ki, Rusiyanı Türkiyədən ayırmağa, bu iki ölkə arasında münasibətləri pozmağa çalışıblar. Ərdoğanın Rusiyaya dair son addımını nəzərə alsaq, çevrilişə cəhdin arxasında Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından qorxanların durduğunu inkar etmək mümkün deyil.
Onun sözlərinə görə, Rusiyaya məxsus "Su-24 təyyarəsinin vurulması tələ, çevrilişə hazırlıq olub. Rusiya təyyarəsinin vurulması və çevrilişə cəhd - eyni prosesin tərkib hissədir.