Zakir Həsənov Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüşüb
12:32 15-01-2016
CƏMİYYƏT
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah ilə görüşüb.
Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumatına görə, Admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycanı dəstəklədiyi və xalqımızın haqq işinə kömək etməyə hazır olduğu xüsusi qeyd edilib.
Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətlərini müzakirə edib, döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin artırılmasının vacibliyini xüsusi vurğulayıblar.
Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Fuad
Digər Xəbərlər
2024-07-27 17:55:05
![COP29 Azərbaycan Əməliyyat Şirkəti təlim proqramı keçirdi COP29 Azərbaycan Əməliyyat Şirkəti təlim proqramı keçirdi](/photos/unikal/1722085400.172208520434128139_1200x630.jpg)
2024-07-27 16:01:01
![Baxımsız qalan Kürdəmir Stadionunun son vəziyyəti- VİDEO Baxımsız qalan Kürdəmir Stadionunun son vəziyyəti- VİDEO](/photos/unikal/1722081693.10366321_850557088296729_4812276056927890466_n.jpg)
2024-07-27 15:03:57
![Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi](/photos/unikal/1722078267.WhatsApp Image 2024-07-27 at 14.32.16.jpeg)
2024-07-27 14:21:44
![Şamaxıda danışıqçılar səviyyəsində COP29 üzrə görüş keçirilir Şamaxıda danışıqçılar səviyyəsində COP29 üzrə görüş keçirilir](/photos/unikal/1722075777.WhatsApp Image 2024-07-27 at 14.14.32.jpeg)
2024-07-27 13:22:11
2024-07-27 12:51:51
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı- VİDEO Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı- VİDEO](/photos/unikal/1722070373.adf047e6-a80f-37c1-a3c1-dc0d289c1134_850.jpg)
2024-07-27 11:40:13
![Polis dələduzluğa görə axtarışda olan 9 nəfəri saxladı Polis dələduzluğa görə axtarışda olan 9 nəfəri saxladı](/photos/unikal/1672237482.1672237288_1640166904_hebs-edildi-tezece.jpg)
2024-07-27 11:01:11
![FHN-dən əhaliyə daha birXƏBƏRDARLIQ FHN-dən əhaliyə daha birXƏBƏRDARLIQ](/photos/unikal/1711192044.yagis.jpg)
2024-07-27 10:48:08
![Kəlbəcərə ilk dəfə infotur təşkil edilib- FOTOLAR Kəlbəcərə ilk dəfə infotur təşkil edilib- FOTOLAR](/photos/unikal/1722062230.6_11zon.jpg)
2024-07-27 09:36:03
![Seçici siyahılarının yerləşdirilməsi üçün ayrılan müddətbaşa çatır Seçici siyahılarının yerləşdirilməsi üçün ayrılan müddətbaşa çatır](/photos/unikal/1722057654.423097189_0_0_3073_1728_1920x0_80_0_0_95c5287f082cf59238c7a677d20affb2.jpg)
2024-07-27 09:11:01
![İmişlidə 5 ədəd ov tüfəngi götürüldü İmişlidə 5 ədəd ov tüfəngi götürüldü](/photos/unikal/1722057131.dTXBVEvycHkMuKRKNoJ3cC3NDDtSiDlsYgEUN8rp_1200.webp)
2024-07-26 23:44:37
![Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtıAÇIQLANDI Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtıAÇIQLANDI](/photos/unikal/1722023138.66a3f6920b5c266a3f6920b5c3172202152266a3f6920b5c066a3f6920b5c1.jpg)
2024-07-26 22:27:53
![Malik İsaqov vətəndaşların problemlərini dinlədi -FOTOLAR Malik İsaqov vətəndaşların problemlərini dinlədi -FOTOLAR](/photos/unikal/1722022277.FB_IMG_1722022029241.jpg)
2024-07-26 22:15:30
![Makaron paketində siçan balaları olması iddiasına“Azərsun”dan cavab Makaron paketində siçan balaları olması iddiasına“Azərsun”dan cavab](/photos/unikal/1722017926_WhatsApp Image 2024-07-26 at 22.17.47.jpeg)
2024-07-26 21:35:25
![Paris Olimpiadasının rəsmi açılış mərasimi başlayıb- CANLI Paris Olimpiadasının rəsmi açılış mərasimi başlayıb- CANLI](/photos/unikal/1722015520.paris-olympics-copy.jpg)
2024-07-26 21:05:49
![İmtahandan ən yüksək bal toplayanlar bu məktəblərinşagirdləridir İmtahandan ən yüksək bal toplayanlar bu məktəblərinşagirdləridir](/photos/unikal/1722013629.1721021310_1708236281127178252665d19df960c3f.jpg)
2024-07-26 20:50:42
![Qəbul imtahanının nəticəsielan olundu Qəbul imtahanının nəticəsielan olundu](/photos/unikal/1722012712.dimm.jpg)
2024-07-26 20:34:35
![Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib -VİDEO Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib -VİDEO](/photos/unikal/1722011928.editor_b2cf54798f50840decdf2b0350cf5d9e_y2c1o9b4wlteka0u7v6s-768x403.jpeg)
2024-07-26 18:38:32
![Nazirlərin qəbulunda olmaq istəyənlərinNƏZƏRİNƏ Nazirlərin qəbulunda olmaq istəyənlərinNƏZƏRİNƏ](/photos/unikal/1722004723_5847129367258445000.jpg)