Eşli adlı amerikalı qadın 12 il əvvəl dodaqlarına qoyun yağı vurduraraq həcm verdirib. Unikal org axar.az-a istinadən xəbər verir ki, hadisədən 12 il ötməsinə rəğmən, qadının dodaqları hər il böyüməyə davam edib.
Eşli dodaqlarını böyütməyi çox istəyib. Daha sonra qoyun yağının ən yaxşı dodaq böyütmə üsulu olduğunu eşidib. Əvvəlcə, gözəl görünsə də, dodaqların hər il böyüməsi onun görkəminə xələl gətirməyə başlayıb.
Bir televiziya proqramında həkimlər Eşlinin dodağına vurulan maddənin qoyun yağı deyil, silikon olduğunu deyiblər. Həmçinin sözügedən silikon steril və tibbi istifadəyə uyğun deyilmiş.
Dodaqların böyüməyə davam etməsinin səbəbi isə silikonun çoxluğundan yox, bədənin yad maddəyə immunoloji reaksiya göstərməsi olub. Həkimlər onu da deyib ki, dodağa vurulan qoyun yağı olsaydı, daha ciddi problemlər ortaya çıxa bilərdi.
"Batşid ("Botched) adlanan estetik televiziya proqramında qadın dodaqlarındakı yad maddədən xilas olub.