ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klintonun vitse-prezident postuna Tim Keynin namizədliyini irəli sürəcəyi gözlənilir.
Unikal.org-un məlumatına görə, bu barədə "Assoşieyted Press Demokratlar Partiyasındakı mənbəyə istinadən xəbər yayıb.
Tim Keyn siyasi karyerası dövründə Riçmond şəhərinin meri və Virciniya ştatının qubernatoru vəzifələrində çalışıb.
Son hələlik qəbul olunmayıb. Digər namizədlər arasında ABŞ kənd təsərrüfatı naziri Tom Vilsek in və NATO qüvvələrinin Avropadakı qüvvələrinin sabiq komandanı admiral Ceyms Stavridisin adı çəkilir.
Hillari Klintonun vitse-prezident postuna namizədinin adının bu gün açıqlanacağı gözlənilir.