Türkiyədə 15 iyulda baş verən dövlət çevrilişi cəhdində adı hallanan Hərbi Hava Qüvvələrinin generalı Akın Öztürklə bağlı diqqəti çəkən mühüm açıqlama yayılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyindən yayılan xəbərə görə, iyulun 15-də Hərbi Hava Qüvvələrinin komandiri, or-general Abidin Ünal Akın Öztürkə zəng edərək inqilabçılarla danışıq aparmasını əmr edib.
Akın Öztürk də əmrə uyğun olaraq inqilabçılarla görüşə gedib və daha sonra onu da dövlət çevrilişinə cəhd edən general kimi həbs ediblər.
Türkiyədəki hərbi qaynaqlar hesab edirlər ki, Abidin Ünal Akın Öztürkün inqilabçı olub-olmadığını bilmədən də ona zəng edib, müvafiq göstərişlər verməsi istisna edilmir.