Diyarbəkirin Ergani rayonunda terror təşkilatı olan PKK mənsublarına qarşı əməliyyatda üç polis şəhid olub, bir polis yaralanıb.

Unikal.org-un Anadolu Agentliyinin məlumatına görə, Rayon Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Ergani Polis İdarəsinin briqadaları rayon mərkəzindəki Dəclə küçəsində PKK terrorçularının "hüceyrə evi" kimi istifadə olunduğu müəyyən edilən bir ünvanda əməliyyat keçirib.

Əməliyyat zaman terrorçuların açdığı ilk atəşdə iki polis şəhid olub, iki polis yaralanıb. Polislərin cavab atəşi nəticəsində bir terrorçu zərərsizləşdirilib.

Ergani Dövlət Xəstəxanasına çatdırılan yaralı iki polisdən biri müdaxilələrə baxmayaraq şəhid olub. Vətəndaşların zərər görməməsi üçün ətrafdakı bəzi evlər boşaldılıb.