"Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Dekabank ASC, "Kredobank ASC, "Parabank ASC və "Zaminbank ASC-nin bank lisenziyaları ləğv edilib".
Unikal.org bildirir ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu qərar gözlənilən idi: "Hələ ötən ilin sonunda bankların sayının artacağını bildirmişdim. Amma təbii ki, bunlar da bağlanan sonuncu banklar olmayacaqlar. Neft bumu dövründə yüksək faizlərlə böyük gəlirlər qazanan "ərköyün banklar post-neft dövrünə hazır ola bilmədilər. Təəssüf ki, öz funksiyalarını tam yerinə yetirməyən amma lisenziyası geri alınmayan bankların sayı heç də az deyil. Hal-hazırda əmanətçilərin öz halal pullarını qaytara bilmədikləri banklar var, amma təəssüf ki, palata onların lisenziyasının ləğv edilməsi barədə qərar qəbul etmir. Nəticədə, sığorta hadisəsi baş vermədiyindən əmanətçilər öz depozitlərini geri götürə bilmirlər. Əslində, belə bankların da lisenziyasının geri alınmasına və əmanətlərin tam şəkildə fond tərəfindən ödənilməsi təmin edilməlidir.
