ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennan iyulun 15-də dövlət çevrilişi planının baş tutmamasından sonra Türkiyədə qarşıdurmanın artacağı proqnozunu verib.
Unikal.org publika.az-a istinadən bildirir ki, C.Brennan Türkiyədə dövlət çevrilişi planında CİA-nın rol aldığı haqda deyilənləri şərh etməyib.
"Son bir neçə ildir Türkiyədə siyasət səhnəsində diqqətçəkən proseslər baş verir. Ərdoğan getdikcə gücünü artırır. Dövlət çevrilişi cəhdindən sonra Türkiyədə qarşıdurmalar baş verəcək", - o bildirib.