Nərimanovda hesabat yığıncağı keçirilib
14:28 15-01-2016
CƏMİYYƏT
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev açaraq son bir ildə rayon ərazisində görülən sosial layihələr haqqında qısa məlumat verib. A.Fərzəliyev həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş dövlət proqramında Nərimanov rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat vermiş və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin yaradılmasının əhaliyə daha keyfiyyətli xidmət göstərilməsində əhəmiyyətli rolundan danışıb.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Natiq Babayev yığıncaqda hesabatla çıxış edərək qeyd etmişdir ki, nümayəndəliyin ərazisi - 12,25 kv.km, əhalisi isə – 30422 nəfərdir. Ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatların sayı 6775-dir.
İlk Avropa Oyunlarının keçirilməsi və Bakı Olimpiya Stadionunun tikintisilə əlaqədar möhtəşəm bir yol infrastrukturunun qurulması ilə bağlı nümayəndəliyin ərazisinə aid hissəsində tikinti altına düşən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin dövlət büdcəsindən ayrılmış vəsait hesabına kompensasiya ödənilməklə, 10-cu Köndələn küçəsi bina 1 və bina 1/2 ünvanlarında iki 5 mərtəbəli binanın sökülməsi və 352 nəfərin köçürülməsi təmin olunmuş, bina 1/3 ünvandakı 5 mərtəbəli binanın fasadı isə milli memarlıq üslubunda yenidən qurulub. Böyük Şor gölü ətrafında, yəni Bakı Olimpiya Stadionuna yaxın ərazidə sökülmüş gecəqonduların yerində, yeni bulvar zolağı salınmış və vətəndaşlarımızın mənalı istirahəti üçün hər cür şərait yaradılaraq istifadələrinə verilib. Həmçinin həmin ərazidə sahəsi 15 hektar olan yamacda yaşıllıqlar salınmış, müxtəlif ağac və bəzək kolları əkilib. Ziya Bünyadov prospektinin yenidən qurulması ilə əlaqədar isə, prospektdə səkilər yenidən qurulmuş və bəzi hissələrdə hasarlar tikilərək müasir üzlük tavanlarla bəzədilib. Görülən işlərin davamı olaraq, 2015-ci ildə Xəlil Rza Ulutürk küçəsində 79 ev sökülmüş və 413 nəfər köçürülüb. Hal-hazırda həmin küçədə tikinti altına düşən evlərin sökülməsi istiqamətində işlər davam edir.
Ötən ildə nümayəndəliyin ərazisində rayon İcra Hakimiyyəti başçısının 8 səyyar görüş və qəbulları keçirilib. Belə ki, səyyar görüş və qəbulların 2-si müəssisələrdə; müəssisə kollektivi və yaxın ərazilərdə yaşayan sakinlərlə, 4-ü müxtəlif ünvanlarda sakinlərlə, 2-si isə məcburi köçkünlərin kompakt məskunlaşdıqları ərazilərdə keçirilib. Keçirilmiş səyyar görüş və qəbullar zamanı 785 nəfər iştirak edib, 78 müraciət olub.
"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olaraq reklamların xarici dillərdə yazılmış ticarət və digər obyekt sahiblərinə xəbərdarlıq edilmiş və qanunun tələblərinə ciddi əməl edilməsi üçün müvafiq tədbirlər görülüb.
Bundan başqa nümayəndəlik ərazidə qanunsuz tikintilərin, ət kəsiminin və qanunsuz küçə ticarətinin qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirmişdir. Belə faktlar aşkarlandıqda qanunauyğun müvafiq tədbirlər görülüb.
Ölkədə olma və yaşayış qaydalarını pozmuş əcnəbi vətəndaşların müəyyən edilməsi istiqamətində də müvafiq işlər həyata keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlərində qaldırılan problemlərin həlli istiqamətində müvafiq işlər görülür, ərazidə yaşayan sakinləri narahat edən problemlər öyrənilir, qeydə alınır, onların həlli istiqamətində müvafiq təkliflər hazırlanır və qarşıya qoyulmuş vəzifələrin vaxtında və hərtərəfli icrasına nail olmaq üçün konkret işlər görülür.
Yığıncaqda çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev gözdən əlillərin kompakt yaşadığı bu ərazidə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2015-ci ildə açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən edilən Gözdən əllilər üçün 132 mənzildən ibarət yeni binanın istifadəyə verildiyini bildirib, eyni zamanda gözdən əllilərin küçələri təhlükəsiz şəraitdə keçməsinə imkan yaratmaq məqsədilə, İcra Hakimiyyətinin və Dövlət Yol Polisi idarəsinin dəstəyilə ərazidə səsli işıqforlar quraşdırıldığını əlavə edib.
Yığıncaqda digər çıxış edənlər, ərazidə yerləşən təşkilatların nümayəndələri hesabatla bağlı təklif və fikirlərini bildirib, onları narahat edən mövzular ətrafında müzakirələr aparılıb.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18