Suriyanın Hələb şəhərinin şimal məntəqəsində fəaliyyət göstərən və ABŞ tərəfindən mötədil qruplar siyahısına daxil edilərək dəstəklənən Nuruddin Zənki qruplaşmasının 12 yaşlı uşağın başını kəsməsindən sonra daha bir dəhşətli məqam üzə çıxıb.
Unikal.org xəbər verir ki, terrorçu qruplaşma üzvləri fələstinli uşağın başını kəsməzdən öncə onunla selfi çəkərək ondan son arzusunun nə olduğunu soruşublar.
Ömrünün son dəqiqələrini yaşadığını anlayan azyaşlı terrorçulardan xahiş edib ki, onun başını kəsərək deyil, güllə ilə vuraraq edam etsinlər. Amma vəhşi terrorçular bu istəyi rədd edərək, qandonduran cinayətə əl atıblar./sizinyol/