BMT Təhlükəsizlik Şurası Livan ictimaiyyətini ölkədə yaranmış dərin siyasi böhranı həll etməkdən ötrü təxirə salınmadan prezident seçkiləri keçirməyə çağırıb.
Unikal.org "RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ölkədə prezident vəzifəsi iki ildən artıqdır ki, vakant olaraq qalır.
Keçmiş prezident Mişel Süleymanın səlahiyyət müddəti 2014-cü ilin mayında başa çatıb.
Bundan sonra dövlət başçısının seçilməsi məsələsi parlamentdə 41 dəfə səsverməyə çıxarılsa da, Livanın siyasi liderini seçmək mümkün olmayıb. Növbəti seçkilər isə bu il avqustun 8-də keçiriləcək.
Yerli qanunvericiliyə görə, Livanın prezidenti xristian dininin maronit məzhəbinə etiqad edən şəxs olmalıdır.
Nail Cəlil