Ramin
Azərbaycan prezidenti İlham Əliyev Ramin Namiq oğlu Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.