İyulun 25-26-da Türkiyə hökumətinin nümayəndə heyəti Moskvaya səfər edəcək.
Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinə Türkiyə baş nazirinin müavini Nurəddin Canikli başçılıq edəcək.
Baş nazirinin müavini ilə yanaşıRusiya paytaxtına Türkiyənin İqtisadiyyat, Energetika və Turizm nazirləri də gələcək. Səfər çərçivəsində iki ölkə energetika nazirləri arasında enerji məsələlərinə dair ayrıca görüş keçiriləcək.