Unikal.org-un "Hürriyet" internet portalına istinadən məlumatına görə, Türkiyədə qiyamçılara qarşı aparılan son tədbirlər dövlət başçısını mühafizə edən qüvvələrdən də yan keçməyib.
Belə ki, hazırda yerli güc strukturları Prezidentin Mühafizə Alayının əməkdaşlarına qarşı xüsusi əməliyyat keçirirlər.
Əməliyyat nəticəsində 300-dən çox əsgər və zabitin saxlanıldığı bildirilir. Olayın təfərrüatları ilə bağlı ətraflı məlumat veriləcək.