Yəmənin paytaxtı Sanada məscid yaxınlığında içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb.
Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, partlayış məsciddə qılınan cümə namazından sonra baş verib.
Terror hadisəsi dindarların məsciddən çıxdığı anda törədildiyindən xəsarət alanların çox olduğu bildirilir. Amma hələlik bu barədə dəqiq məlumat yoxdur.