Almaniyanın Münhen şəhərində silahlı insident baş verib.

Unikal.org-un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.

Bəzi KİV-lər hadisə nəticəsində 1 nəfərdən 15 nəfərədək insanın öldüyünü xəbər veriblər. Hadisə yerində əməliyyatın keçirildiyi bildirilir.