BMT-nin xüsusi elçisi Staffan de Mistura yaxın günlərdə Suriya üzrə danışıqlar aparmaq üçün Ankaraya səfər edəcək.
Unikal.org "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, Staffan de Mistura qeyd edib ki, Türkiyədə baş verən son hadisələrə baxmayaraq ölkə rəhbərliyi Suriya böhranının tezliklə siyasi yolla həll edilməsinə töhfə verməyə hazırdır.
BMT-nin xüsusi elçisi həmçinin avqust ayında Cenevrədə Suriya üzrə danışıqların bərpa ediləcəyinə ümid etdiyini bildirib.