Prezident müdaxilə etdi; Ölkə iqtisadiyyatında sabitlik yarandı
12:08 16-01-2016
İQTİSADİYYAT
Süni qiymət artımına qarşı aparılan təxirəsalınmaz tədbirlər nəticəsini verdi
Məlum olduğu kimi, yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası cəmiyyətdə geniş müzakirə olunur.
Belə ki, dövlət başçısı iclasda ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatı ilə bağlı bütün məsələlərə münasibətini açıqlayıb. Bununla yanaşı, süni qiymət artımı ilə bağlı xəbərdarlıq etməsi, onun ardınca ciddi tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verməkdədir.
Artıq bir neçə ildir dünya ölkələrini iqtisadi, maliyyə və siyasi böhranlar bürüyüb. Amma bu illər ərzində Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti və xalqı bu böhrandan maksimum dərəcədə qoruna bilib. Dunya iqtisadiyyatında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. Neftin qiyməti son vaxtlar 3-4 dəfə aşağı düşüb, manatın məzənnəsi devalvasiyaya uğrayıb. Bu da qaçılmaz idi. Cənab Prezident yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirib və müvafiq qurumlara tapşırıqlar verib. Əhalini ən çox narahat edən məsələlərdən biri olan süni qiymət artımının qarşısının alınması məqsədi ilə Prezident tərəfindən müvafiq dövlət qurumlarına tapşırıq verilib. Əmək haqqının və pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Göründüyü kimi, ölkədəki ictimai-siyasi və iqtisadi proseslər, xalqın maraqları dövlət başçısının diqqət mərkəzindədir. İnanırıq ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşılaşdığımız bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq öz uğurlu inkişaf yolunu davam etdirəcək.
Onu da qeyd edək ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub. Buq qərardan sonra sözügedən strateji məhsulun qiyməti ucuzlaşıb.
Məsələ bununla bitmədi son bir neçə gün ərzində hüquq mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər də buna əyani sübutdur. Fakt odur ki, Azərbaycanda süni qiymət artımı yaradan şəxslərə qarşı sərt tədbirlər həyata keçirilir. Bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı 29 dekabr 2015-ci il tarixdə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar Baş İdarə tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri ardıcıl olaraq davam etdirilir.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin müdaxiləsindən sonra proseslər nizama düşüb. Təbii ki, bu düşünülmüş siyasət süni qiymət artımından ajiotaj yaradanların bəhanəsini də əlindən almış oldu.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59