Suriyanın Hələb şəhərində həyata keçirən silahlı hücum nəticəsində bir rus hərbçisi həyatını itirib.

Unikal.org-un məlumatına görə, Nikita Şevçenko adlı hərbçi Rusiyanın Atəşkəsə Nəzarət Qrupuna aid avtomobil karvanına gözətçilik edərkən qətlə yetirilib.

Yerə döşənən partlayıcının işə düşməsi nəticəsində ağır yaralanan rus hərbçini həkimlər xilas etməyə çalışsa da, buna nail ola bilməyiblər.

Qeyd edək ki, bu günə qədər Rusiyanın müxtəlif hərbi rütbəli hərbçiləri Suriyadakı döyüşlərdə bu və ya digər həlak olublar.