Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən əsgərlərlə bağlı diqqət çəkən detal üzə çıxıb.
Unikal.org axar.az-a istinadən xəbər verir ki, Ərdoğanın 15 iyul günü olduğu Mərmərədəki otelə hücum edənlər Böyük Birlik Partiyasınının keçmiş lideri Möhsin Yazıcıoğlunun helikopter qəzasına düşməsindən sonra hadisə yerinə gedən əsgərlər olub.
Həmin şəxslərdən biri Mərmərə hücumunda iştira edən baş gizir Ziya Özsıcakdır. O, Yazıçıoğlunun həlak olduğu an qəza yerində olub və helikopterin vurulması ilə bağlı açılan davada radar sistemlərini sökməkdə günahlandırılıb.
Mərmərə hücumunda iştirak edən helikopterdəki 3 pilot da olay yerində olub. Qəzadan sonra GSM siqnallarının olmasına baxmayaraq, yanlış yerdə axtarışların aparılması səbəbindən 48 saat ərzində helikopter tapılmamışdı.
Qeyd edək ki, Möhsin Yazıçıoğlu 25 mart 2009-cu ildə helikopterin vurulması nəticəsində dünyasını dəyişib.