Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür.
Unikal.org-un məlumatına görə, Ağdamın işğalından 23 il ötür. Bu şəhər Qarabağ düzündə ən iri şəhərlərdən biridir. 1747-ci ildə şəhər statusu alıb. Bakıdan 358 km aralıda yerləşir.
1993-cü il 12 iyun tarixində erməni işğalçıları Ağdam üzərinə genişmiqyaslı hücuma keçib. İyulun 5-dək Ağdam şəhəri faktiki olaraq hər tərəfdən əhatəyə alınıb və iyulun 23-dək "Qrad" qurğularından atəşə tutulub.
Həmin gün Ağdam tam işğal edilib. Şəhər talan edilib və yandırılıb. Ağdamda yanğınların tüstüsü 20 kilometr məsafədən görünüb.