ABŞ-ın Türkiyədə baş verən uğursuz hərbi çevrilişlə bağlı əlaqələrinin olması yönündə yayılan məlumatlar əsassızdır.
Unikal.org-un məlumatına görə, müvafiq açıqlama ilə ABŞ Prezidenti Barak Obama çıxış edib: "Vaşinqtonun hərbi çevriliş cəhdini daha öncədən bilməsi ilə bağlı söylənilən fikirlər yanlışdır. Bu cür əsassız iddialar Türkiyədəki ABŞ vətəndaşları üçün təhlükə yaradır.
Qeyd edək ki, Türkiyədəki uğursuz hərbi çevriliş cəhdininin bilavasitə ABŞ tərəfindən həyata keçirilməsi barədə mətbuatda bir sıra məlumatlar yayılmışdı.