"Münhendəki hücumun motivləri müəyyən olunmayıb.
Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bildirib.
Almaniyanın daxili işlər naziri ABŞ səfərini yarımçıq qoyaraq ölkəyə qayıdır. Bavariyanın baş naziri Horst Zeehofer isə Münhendəki hadisə ilə əlaqədar nazirlər kabinetinin təcili iclasını çağırıb.