Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiya faktlarını açıqladı
12:10 16-01-2016
CƏMİYYƏT
Kamran Əliyev: "Qiymətlərini süni şəkildə artırılması, mal qıtlığının yaradılaması və digər sui-istifadə hallarla bağlı 6 cinayət işi başladılıb"
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2015-ci il üzrə görülən işlərə dair hesabat konfransı keçirilib.
İdarə rəisi Kamran Əliyev çıxış edərək bildirib ki, cinayət tətbiqi və beynəlxalq qurumlarla əlaqələrin qurulması sayəsində 2015-ci il uğurlu olub: "Ötən ildə 460 cinayət işinin ibtidai istintaqı aparılıb, bunlardan 145-i Baş İdarəsi rəisi tərəfindən başladılıb, 90 cinayət işi digər işlərdən ayrılıb, 62 cinayət işinin icraatı təzələnib, 116 cinayət işi isə 2014-cü ildən qalıq qalıb".
Hesabat ilində daxil olan müraciətlərə baxılması nəticəsində 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Onlardan Səhiyyə Nazirliyi üzrə 42, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13, Daxili Işlər Nazirliyi üzrə 48, Müdafiə Nazirliyi üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, Gömrük Komitəzi üzrə 1 və digər dövlət qurumları üzrə 35 fakt olub.
İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə un, çörək, yumurta və s. Kimi istehlak məhsullarının habelə dərman vasitələrinin qiymətlərini süni şəkildə artırılması, mal qıtlığının yaradılaması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində 6 cinayət işi başladılıb, 7 vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hesabat dövründə 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanıb, onlardan 295 şəxs barəsində 200 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin 200 cinayət işindən 107 şəxs barəsində mənimsəmə və israf etmə, 64 şəxs barəsində dələduzluq, 34 şəxs barəsində rüşvət alma, 41 şəxs barəsində vəzifədən sui-istifadə etmə və s. halları ilə bağlı cinayət işi açılıb.
Baş İdarə tərəfindən həyata keçirilən 14 əməliyyat tədbiri nəticəsində 16 vəzifəli şəxs cinayət başında yaxalanıb.
295 şəxs barəsində 200 cinayət işi məhkəməyə göndərilib. Həmin işlər üzrə 143 milyon 883 min manat ziyandan ibtidai araşdırma mərhələsində 36 milyon 101 min manat ödənilib. Istjntaqı başa çatmış 5 cinayət işi üzrə 43 milyon 654 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.
Kamran Əliyev bildirib ki, 21 dekabr devalvasiyasından sonra sahibkarlarla görüş keçirib və onlara süni qiymət artımına yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Kamran Əliyev qeyd edib ki, mətbuatda gedən məlumatlar daim izlənilir, monitoriq edilir: "Hazırds 5 cinayət işi mətbuatda gedən məlumatlarla bağlıdır. "Yasamal" MMC barəsində mənzil dələduzluğu barədə açılan cinayət işi buna misaldır".
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18