Cümə günü axşam İrəvanda təxminən 1500 nəfər mitinqə toplaşıb. Mitinq iyulun 17-dən silahlı qrupun əlində saxladığı polis idarəsi binasının yaxınlığında keçirilir. Zəbt edilmiş binanın ətrafı polis tərəfindən mühasirəyə alınıb.
Unikal.org TASS agentliyinə istinadən xəbər verir ki, mitinqdə çıxış etmiş Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan prezident Serj Sarkisyanın istefasını tələb edib. O, ölkə rəhbərliyinin siyasətini tənqid atəşinə tutub.