Almaniya kansleri Angela Merkel ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Unikal.org-un "RİA Novosti"yə istinadən məlmatına görə, bu barədə kanslerin nümayəndəsi Peter Altmayer bildirib.
"Çox güman ki, iclas sabah günün birinci yarısında baş tutacaq. Hazırda nazirlər kabinetinin üzvləri Berlinə yollanırlar, deyə P.Altmayer bildirib.
Xatırladaq ki, iyulun 22-də Münhendə "Olimpia ticarət mərkəzində naməlum silahlılar atəş açaraq 9 nəfəri öldürüb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.
Polis hadisə yerindən qaçan silahlıların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.