Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ və Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fətullah Gülənin ekstradisiyası məsələsi ilə bağlı ABŞ-a səfər edəcəklər.
Unikal.org-un məlumatına görə, nazirlər qiyam cəhdinə təhrikdə ittiham edilən nurçu liderin təhvil verilməsi üçün ABŞ-a çatdırılan lazımi sənədləri araşdıracaqlar.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Gülənin ekstradisiyası prosesində rəsmi Ankaradan Vaşinqtona nümayəndə heyətinin göndərilməsi təklifini irəli sürmüşdü.